Haqqımızda

Elmin, texnologiyaların və sosial strukturların gündəlik inkişafı ilə bağlı muasir cəmiyyətdə dünyanın hər bir nöqtəsində karyera qurmaq üçün zəruri bilik və bacarıqlara malik insanlar tələb olunur. Belə bir aktual məsələni nəzərə alaraq, 1994 ildə Sabancı Fondunun rəhbərliyi altında Sabancı Qrupu “dünyaəvi universitet” təsis etmək fikrinə gəlmişdir. Layihə olaraq təhsil sahəsində ən geniş içtimai öhdəlik daşıyan Sabancı Universitetinin çiçəklənməsi 1995 ilin yayında 22 ölkədən 50 akademik, tələbələr və özəl sektor nümayəndələrinin qatıldığı elmi-tədqiqat konfransı zamanı başlanmışdır. Ancaq, bu konfrans ilkin olaraq yalnız geniş miqyaslı prosesin işə salınması mənasını kəsb edirdi. Konfrans zamanı öndə gedən Türkiyə və müxtəlif dünya təhsil müəssisələrinin uğurlu iş prinsipləri təhlil edilmişdir. Nəhayət, hər hansı bir universiteti nümunə olaraq və ya mövcud olan misallara istinad etmək və təhsil muəssisələrini yenidən yaratmaq yerinə tam muasir və təkrar olunmaz universitet konsepsiyası planlaşdırılmışdır.

1999 il ilk tələbə qəbulu tarixindən bəri Sabancı Universiteti digər universitetlərə nümunə olmuşdur.

Faktlar və Rəqəmlər

Tarix

Konsepsiya və Missiya

Internationalization

Azerbaijani