Azərbaycan Dövlet Proqramı

Magistratura

Dövlət Proqramı dəstəyi ilə xaricdə təhsil almağa göstərdiyiniz marağa görə sizə təşəkkür edirik. Dövlət Proqramı çərçivəsində magistratura, rezidentura və ya doktorantura pilləsində təhsilinizin maliyyələşdirilməsi üçün xahiş edirik aşağıdakı seçim meyarları ilə tanış olun.

Diqqət! Yalnız xarici ali təhsil müəssisəsindən qəbul məktubu aldıqdan sonra Dövlət Proqramında iddiaçı şəklində iştirak edə bilərsiniz.

1.Dövlət Proqramı təqaüdçüləri 35 yaşınadək olan, orta və ali təhsilini başa vurmuş Azərbaycan vətəndaşları sırasından seçilir.

2.Dövlət Proqramı təqaüdçüləri müraciət etdikləri təhsil səviyyəsi üzrə daha öncə Azərbaycanda dövlət sifarişi əsasında və ya Proqram çərçivəsində xaricdə təhsilini başa vurmamış iddiaçılar sırasından seçilir.

3.Qəbul olduğunuz universitet  yer almalıdır.

4.Seçdiyiniz ixtisas Dövlət Proqramı çərçivəsində müəyyənləşdirilmişyer almalıdır.

5.Dövlət Proqramı təqaüdçüləri dövlət dilini və seçilmiş xarici ali təhsil müəssisəsində tələb olunan tədris dilini bilməlidirlər. Xarici dil tələbləri barədə daha .

 

Qeyd – Dövlət Proqramı çərçivəsində xarici ölkələrdə dil və ya hazırlıq (foundation) kursları maliyyələşdirilmir.

Dövlət Proqramı seçimlərində iştirak etmək və elektron ərizəni doldurmaq üçün siz ilk öncə toplamalısınız. 

 

http://xaricdetehsil.edu.gov.az/c-namizedler/magistratura/

http://xaricdetehsil.edu.gov.az/c-namizedler/bakalavriat/sened2

 

Bakalavriat 

Dövlət Proqramına sənədlərin qəbulu elektron ərizə vasitəsi ilə həyata keçirilir. Xahiş edirik elektron ərizəyə keçməmişdən əvvəl tələb olunan sənədlər ilə tanış olun. 

Diqqət! Elektron ərizəni doldurduğunuz zaman sizdən müvafiq sənədləri kompyuterinizdən ərizəyə yükləmək tələb olunacaq. Bütün sənədlərin elektron sürətini (skan) öncədən hazırlamağınızı xahiş edirik.

1. Xarici ali təhsil müəssisəsinə qəbul haqqında sənədin əsli. 

2. Müvafiq tədris dili imtahanının verilməsi üzrə müəyyən olunmuş rəsmi sertifikat (TOEFL, IELTS və s.)

3. TQDK imtahanının nəticəsini təsdiq edən sənəd

4. Attestat və ya orta ixtisas diplomu

5. Hazırda ali məktəbdə təhsil alırsınızsa - Təhsil aldığınız ali məktəbdən arayış və ən son transkript

6. Təhsil aldığınız və ya işlədiyiniz yerdən 2 ədəd tövsiyə məktubu (imza və möhür ilə)

7. Sertifikat və təltifləriniz (mövcud olduğu halda)

8. Ümumvətəndaş pasportunun fotoşəkil səhifəsi

9. Sağlamlıq haqqında arayış – AZS-086 nömrəli tibbi arayış

10.CV (istənilən formatda)

11.3x4 sm. (354x472 piksel) ölçüdə rəngli fotoşəkil. Fotoşəkil təmiz ağ fonda olmalıdır.

 

Yüklədiyiniz sənədlərin başlıqlarını adlarına uyğun olaraq qeyd etməyiniz xahiş olunur.

http://xaricdetehsil.edu.gov.az/c-namizedler/bakalavriat/

Click For English 

Azerbaijani